126 909 təyinat proaktiv qaydada həyata keçirilib
Sosial həyat

126 909 təyinat proaktiv qaydada həyata keçirilib

2024-cü ilin yanvar-iyun ayları ərzində 126 909 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

"Respublika"ya Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətindən verilən məlumata görə, onların 22 165-i pensiya, 104 744-ü müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.